Brendiniz üçün domen adını tapın

Adı yazın, zonanı seçin — domenin boş olub-olmadığını yoxlayın və bir neçə dəqiqəyə qeydiyyatdan keçirin.

.com 24,10 ₼ Populyar .net 29,80 ₼ Populyar .org 21,30 ₼ Populyar .info 9,70 ₼ Populyar .biz 49,80 ₼

Domen zonaları və qiymətlər

Qiymətlər 1 illik qeydiyyat üçündür. Endirimli qiymət ilk il üçün keçərlidir.

Populyar .com

Dünyada ən çox istifadə olunan, beynəlxalq biznes üçün universal zona.

24,10 ₼ / il
Uzatma: 24,50 ₼ / il
Populyar .net

Texnologiya, şəbəkə və onlayn xidmət layihələri üçün klassik seçim.

29,80 ₼ / il
Populyar .org

Təşkilatlar, ictimai birliklər və layihələr üçün.

21,30 ₼ / il
Uzatma: 29,80 ₼ / il
Populyar .info

Məlumat, bələdçi və bilik bazası saytları üçün uyğun zona.

9,70 ₼ / il
Uzatma: 59,50 ₼ / il

Niyə domeni BuludHost-da qeydiyyatdan keçirməli?

Domen və hostinq bir yerdə

Domeni, hostinqi, qaimələri və dəstək müraciətlərini vahid istifadəçi kabinetindən idarə edin.

Asan DNS idarəetməsi

Nameserverləri və child nameserverləri kabinetdən dəyişin; lazım olduqda dəstək komandamız kömək edir.

Transfer kilidi və WHOIS gizliliyi

Domeninizi icazəsiz transferdən qoruyun, dəstəklənən zonalarda kontakt məlumatlarını gizlədin.

Avtomatik uzatma

Müddət bitmədən əvvəl xatırladırıq; avtomatik uzatma aktivdirsə, domen balansdan uzadılır.

Asan transfer

Başqa qeydiyyatçıdakı domeninizi EPP kodu ilə BuludHost-a köçürün.

24/7 texniki dəstək

Sualınıza gecə-gündüz cavab veririk — ticket sistemi və birbaşa əlaqə kanalları ilə.

Domeniniz başqa qeydiyyatçıdadır?

Domeni BuludHost-a köçürün və hostinqlə birlikdə bir paneldən idarə edin.

Domen transferi

Tez-tez verilən suallar

Domen nədir?

Domen saytınızın internetdəki ünvanıdır (məsələn, sizinadiniz.com). Ziyarətçilər IP ünvanı yadda saxlamaq əvəzinə domen adını yazaraq saytınıza daxil olurlar.

Domen qeydiyyatı nə qədər vaxt aparır?

Ödəniş balansdan tutulduqdan sonra qeydiyyat adətən bir neçə dəqiqə ərzində tamamlanır. Domenin DNS-də bütün dünyada görünməsi isə 24 saata qədər çəkə bilər.

Domeni başqa şirkətdən BuludHost-a köçürə bilərəmmi?

Bəli. Domenin kilidini (transfer lock) açıb EPP/Auth kodunu əldə etdikdən sonra transfer sorğusu göndərə bilərsiniz. Addımlar «Domen transferi» səhifəsində izah olunub.

Hostinq paketinə domen daxildirmi?

Xeyr, domen ayrıca xidmətdir və qiymətə daxil deyil. Artıq domeniniz varsa, sadəcə NS ünvanlarını bizim serverlərə yönləndirmək kifayətdir — bu prosesdə dəstək komandamız kömək edir.

Domenin müddəti bitəndə nə baş verir?

Domenin müddətini istifadəçi kabinetinizdən izləyə və vaxtında uzada bilərsiniz; avtomatik uzatma aktivdirsə, məbləğ balansınızdan tutulur. Vaxtında uzadılmayan domen dayandırıla, sonra isə silinərək başqası tərəfindən qeydiyyata alına bilər.

Saytınızı bu gün işə salın

Hostinqlərə 14 gün test müddəti ilə.