Verilənlər bazası üzrə həllər

Verilənlər bazası saytınızın ürəyidir. Yavaş sorğuları sürətləndirir, bazaları köçürür, zədələnmiş cədvəlləri bərpa edir və etibarlı backup qururuq.

Nələri edirik?

Sorğu optimallaşdırması

Slow query loqunun təhlili, indekslərin əlavə olunması və sorğuların yenidən yazılması.

Köçürmə və versiya yüksəltmə

Bazaların server və ya versiya arasında itkisiz köçürülməsi.

Bərpa

Zədələnmiş cədvəllərin təmiri və ehtiyat nüsxədən bərpa.

Struktur dizaynı

Yeni layihələr üçün normallaşdırılmış, genişlənə bilən sxem.

Replikasiya və backup

Master-replica quruluşu, gündəlik və nöqtəyə-qədər bərpa planları.

Təhlükəsizlik

İstifadəçi hüquqları, uzaqdan girişin məhdudlaşdırılması və SQL injection risklərinin azaldılması.

Dəstəklənən texnologiyalar

  • MySQL
  • MariaDB
  • PostgreSQL
  • phpMyAdmin
  • Redis (keş)
  • Laravel, WordPress və digər platformaların bazaları

Tez-tez verilən suallar

Hostinq paketində neçə baza yarada bilərəm?

Paketdən asılıdır — Standart paketlərdə 5-dən 50-yə qədər, Pro və VIP paketlərdə limitsiz MySQL bazası təqdim olunur. Bazaları phpMyAdmin ilə brauzerdən idarə edirsiniz.

Bazamı sizə necə göndərim?

Təhlükəsizlik üçün faylı birbaşa hostinq hesabınıza yükləməyi və ya dəstək müraciəti vasitəsilə paylaşmağı tövsiyə edirik — e-poçtla göndərməyin.

Digər xidmətlər

Sifariş və qiymət təklifi

Layihənizi qısaca təsvir edin — mütəxəssisimiz sizinlə əlaqə saxlayıb dəqiq qiymət və müddət təklif etsin.

  • Pulsuz ilkin məsləhət
  • Şəffaf qiymət və müddət
  • 24/7 texniki dəstək