Landing page (satış səhifəsi) hazırlanması

Bir məhsul, xidmət və ya kampaniya üçün yüksək konversiyalı, sürətli açılan tək səhifəlik sayt — reklam trafikini müştəriyə çevirin.

Nə daxildir?
  • Tək səhifəlik dizayn
  • Mobil uyğunluq
  • Sorğu forması
  • Analitika və piksel qurulması
  • Sürət optimallaşdırması
  • Pulsuz SSL sertifikatı

İmkanlar

Konversiya yönümlü quruluş

Aydın təklif, fayda blokları və güclü “hərəkətə çağırış” düymələri.

Çox sürətli açılma

Minimal yüklənmə — reklamdan gələn ziyarətçi gözləmir.

Sorğu formaları

Müraciətlər e-poçtunuza və ya WhatsApp-a yönləndirilir.

Analitika və piksellər

Google Analytics, Meta Pixel və Google Ads izləmə kodlarının qurulması.

A/B test imkanı

Başlıq və təklif variantlarını sınamaq üçün hazır quruluş.

Mobil-first

Reklam trafikinin çoxu mobildən gəlir — dizayn buna görə qurulur.

Necə işləyirik?

İlk görüşdən saytın işə düşməsinə qədər hər mərhələ şəffafdır.

  1. 1 Tanışlıq və tələblər

    Biznesinizi, hədəf auditoriyanı və saytdan gözləntilərinizi dinləyirik, texniki tapşırığı birlikdə hazırlayırıq.

  2. 2 Dizayn

    Brendinizə uyğun, mobil-first yanaşma ilə səhifələrin dizaynını hazırlayıb təsdiqinizə təqdim edirik.

  3. 3 Proqramlaşdırma

    Təsdiqlənmiş dizaynı sürətli, təhlükəsiz və idarəsi asan saytə çeviririk; idarəetmə paneli qurulur.

  4. 4 Test və məzmun

    Bütün cihazlarda və brauzerlərdə yoxlanış, məzmunun yerləşdirilməsi, əsas SEO parametrlərinin qurulması.

  5. 5 İşə salma və dəstək

    Sayt NVMe SSD serverlərimizdə, pulsuz SSL ilə yayımlanır. İstifadə təlimatı və texniki dəstək veririk.

Digər sayt növləri

Tez-tez verilən suallar

Landing page ilə adi sayt arasında fərq nədir?

Landing page bir məqsədə — sorğu və ya satışa — fokuslanır, ziyarətçini yayındıran menyu və bölmələr minimum olur. Reklam kampaniyaları üçün daha effektivdir.

Landing page-i sonradan tam sayta çevirmək olarmı?

Bəli, səhifə eyni dizayn sistemi ilə qurulur və sonradan əlavə bölmələrlə genişləndirilə bilər.

Qiymət təklifi alın

Layihənizi qısaca təsvir edin — mütəxəssisimiz sizinlə əlaqə saxlayıb dəqiq qiymət və müddət təklif etsin.

  • Pulsuz ilkin məsləhət
  • Şəffaf qiymət və müddət
  • 24/7 texniki dəstək