WordPress saytlarının hazırlanması

Dünyada ən populyar idarəetmə sistemi üzərində: asan redaktə olunan, genişlənə bilən və WordPress üçün optimallaşdırılmış serverlərimizdə sürətli işləyən saytlar.

Nə daxildir?
  • Tema dizaynı və qurulması
  • Əsas plaginlər
  • SEO plagini və sayt xəritəsi
  • Çoxdillilik (lazım olduqda)
  • Təhlükəsizlik qurulması
  • İstifadə təlimi
  • Pulsuz SSL sertifikatı

İmkanlar

Fərdi tema

Hazır şablon deyil — brendinizə uyğun hazırlanmış və ya uyğunlaşdırılmış tema.

Lazımi plaginlər

SEO, forma, çoxdillilik, WooCommerce və keş plaginlərinin qurulması.

Təhlükəsizlik

Imunify360, güclü şifrə siyasəti və müntəzəm yeniləmələr.

Avtomatik yeniləmələr

WordPress Toolkit ilə nüvə və plaginlərin idarə olunan yeniləməsi.

Sürət optimallaşdırması

Keş, şəkil sıxılması və NGINX (Engintron) ilə sürətli açılma.

Təlim

Saytı necə idarə edəcəyinizi addım-addım göstəririk.

Necə işləyirik?

İlk görüşdən saytın işə düşməsinə qədər hər mərhələ şəffafdır.

  1. 1 Tanışlıq və tələblər

    Biznesinizi, hədəf auditoriyanı və saytdan gözləntilərinizi dinləyirik, texniki tapşırığı birlikdə hazırlayırıq.

  2. 2 Dizayn

    Brendinizə uyğun, mobil-first yanaşma ilə səhifələrin dizaynını hazırlayıb təsdiqinizə təqdim edirik.

  3. 3 Proqramlaşdırma

    Təsdiqlənmiş dizaynı sürətli, təhlükəsiz və idarəsi asan saytə çeviririk; idarəetmə paneli qurulur.

  4. 4 Test və məzmun

    Bütün cihazlarda və brauzerlərdə yoxlanış, məzmunun yerləşdirilməsi, əsas SEO parametrlərinin qurulması.

  5. 5 İşə salma və dəstək

    Sayt NVMe SSD serverlərimizdə, pulsuz SSL ilə yayımlanır. İstifadə təlimatı və texniki dəstək veririk.

Digər sayt növləri

Tez-tez verilən suallar

WordPress saytım yavaşdır, kömək edə bilərsinizmi?

Bəli. Saytların analizi və optimallaşdırılması xidməti ilə yavaşlığın səbəbini tapıb aradan qaldırırıq.

Mövcud WordPress saytımı sizə köçürə bilərəmmi?

Bəli, sayt köçürülməsi əksər hallarda pulsuzdur.

Qiymət təklifi alın

Layihənizi qısaca təsvir edin — mütəxəssisimiz sizinlə əlaqə saxlayıb dəqiq qiymət və müddət təklif etsin.

  • Pulsuz ilkin məsləhət
  • Şəffaf qiymət və müddət
  • 24/7 texniki dəstək